Futbolçular gələn il keçiriləcək dünya çempionatı matçları zamanı susuzluqlarını bərpa etmək üçün iki əlavə fasilə alacaqlar. Sport24.az xəbər verir ki, bu barədə turnirin baş koordinatoru Manolo Zubiriya FIFA-nın rəsmi saytına verdiyi müsahibədə vurğulayıb.

 

Əlavə fasilələrin üç dəqiqə davam edəcəyi və hava şəraitindən, məkandan və ya matçın vaxtından asılı olmayacağı bildirilir.

 

Qeyd edək ki, DÇ-2026 gələn yay üç ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək. Turnirin ilk oyunu gələn il iyunun 11-də keçiriləcək. Final qarşılaşması isə iyulun 19-da baş tutacaq. Turnirdə ümumilikdə 48 milli komanda iştirak edəcək.