"Fənərbaxça"nın mərkəz hücumçusu Yussef En Nesiri "Napoli"nin maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə "Sky in İtaly" məlumat yayıb.
28 yaşlı futbolçunun transferi üçün Neapol təmsilçisi əvvəlcə Noa Lanq və ya Lorenzo Lukkadan birini satmalıdır. "Fənərbaxça" klubu isə oyunçunu icarəyə verməyə açıqdır.
Qeyd edək ki, Yussef En Nesiri 2024-ilin yayında "Sevilya"dan "Fənərbaxça"ya keçib. O, cari mövsümdə 25 oyunda meydana çıxıb, 8 qol vurub və 1 məhsuldar ötürmə verib.