"Korintians"ın futbolçusu Memfis Depay Avropaya geri qayıda bilər. Sport24.az xəbər verir ki, 32 yaşlı futbolçuya "Fənərbaxça"dan təklif gəlib.

 

Niderlandlı isə tez qərar verməyə tələsmir. Çünki onu "Əl-Əhli", "Əl-Şabab"(hər ikisi Səudiyyə Ərəbistanı), "Əl-Vasl"(BƏƏ) klublarından dəvəti var.

 

"Fənərbaxça" onun keçidini həll etmək üçün indidən danışıqlara start verib.

 

O, karyerası ərzində PSV, "Mançester Yunayted", "Lion", "Barselona" və "Atletiko" klublarında çıxış edib.