Müqavilə ilə "Çelsi"yə məxsus olan, icarə əsasında "Milan"da çıxış edən Joao Feliks karyerasını Portuqaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Benfika" hücumçunun xidmətində maraqlıdır.

 

Bu barədə Portuqaliya mətbuatı məlumat yayıb.

 

Feliks "Milan"da qalmayacaq. Onun icarə müqaviləsi artırılmayacaq. 25 yaşlı futbolçu "Çelsi"nin baş məşqçisi Enzo Mareskanın da planlarında yer almır və bu səbəbdən ayrılığa müsbət yanaşır.

 

Feliks bu mövsüm "Çelsi" və "Milan"la ümumilikdə 33 oyuna çıxıb, 8 qol vurub və 3 məhsuldar ötürmə edib.