"Fehervar"ın qapıçısı Balaj Tot Konfrans Liqasının təsnifat mərhələsinin II turunda qarşılaşacaqları "Sumqayıt"la matçdan danışıb. Sport24.az xəbər verir ki, "M4Sport"a danışan qolkiper "Sumqayıt"ı yaxından tanımaqdıqlarını bildirib: 

 

"Sumqayıt"la səfər oyununa sakit və müdafiə oyunu ilə başlamaq lazımdır. Rəqibin nə qədər güclü olduğunu bilmirik. Amma növbəti mərhələyə çıxmaq üçün diqqətli olmalıyıq".

 

Qeyd edək ki, "Sumqayıt" - "Fehervar" matçı bu gün Mehdi Hüseynzadə adına stadionda keçiriləcək və saat 20:00-da başlayacaq.