"Milan"nın və "Real"ın sabiq baş məşqçisi Fabio Kapello 2024/2025 mövsümündə "Qızıl top"a namizədinin adını açıqlayıb. Sport24.az xəbər verir ki, o, bu barədə "El Partidazo de COPE" açıqlama verib:

 

"Həqiqətən də hazırda möhtəşəm futbolçuların sayı azdır. Bununla belə, bəyəndiyim oyunçular var. Əgər "Qızıl top" üçün verdiyim səsdən danışsaq, indi onu Lamin Yamala verərdim və onu birinci yerə qoyardım".

 

Qeyd edək ki, 17 yaşlı Yamal 2023-cü ildən "Barselona"nın əsas komandasında oynayır. O, cari mövsümdə meydana çıxdığı 52 oyunda 16 qol vurub və 24 məhduldar ötürmə edib.