Səudiyyə Ərəbistanının "Əl Əhli", "Əl Nəsr" və "Əl Qadsia" klubları "Tottenhem"in yarımmüdafiəçisi Son Xın Mini transfer etməyə hazırlaşır. Sport24.az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb.

 

Mənbənin sözlərinə görə, 32 yaşlı koreyalının İngiltərə klubundakı gələcəyi ilə bağlı hələ heç nə dəqiqləşməyib. müəmmalı olaraq qalır.

 

Səudiyyə klubları Sonun transferi üçün 40 milyon avro ödəməyə hazırdır.

 

Qeyd edək ki, futbolçu 2024/25 mövsümündə bütün turnirlərdə "Tottenhem"in heyətində 46 matçda 11 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi gələn ilin yayında başa çatır.