"Vilyarreal"ın baş məşqçisi Unay Emeri avrokuboklarda rekorda imza atıb. Sport24.az xəbər verir ki, 50 yaşlı ispaniyalı mütəxəssisin rekordu Avroliqanın yarımfinalında "Arsenal"la cabab matçından (0:0) sonra qeydə alınıb.

İspaniya təmsilçisi iki oyunun nəticəsinə görə finala yüksəlib. Bu, Emerinin karyerası ərzində Avroliqada 5-ci finalı olacaq. İndiyədək heç bir baş məşqçi bu qədər finala çıxmayıb. Şotlandiyalı Aleks Fergüson, italyanlar Karlo Ançelotti, Marçello Lippi və ispaniyalı Migel Munos baş məşqçi kimi 4 final həyəcanı yaşayıb. 

Maraqlıdı ki, bu finallardan biri Bakıda olub və Emerinin yeganə məğlubiyyətidi. Bu, 2019-cu ildə çalışdırdığı "Arsenal"la "Çelsi"ylə London derbisində 1:4 hesablı yenilgidi. Ancaq Emeri "Sevilya"yla 3 finalı qazanıb.