"Transfermarkt" portalı dünyanın 10 ən bahalı yarımmüdafiəçisinin reytinqini təqdim edib. Sport24.az xəbər verir ki, reytinqə transfer dəyəri 180 milyon avro dəyərində qiymətləndirilən "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqem başçılıq edir.

 

İkinci yerdən beşinci yerə "Bayer"in hücumameyilli yarımmüdafiəçisi Florian Virts, "Bavariya"nın futbolçusu Camal Musiala, "Arsenal"ın havbeki Deklan Rays, "Mançester Siti"nin mərkəzi yarımmüdafiəçi Rodri qərarlaşıb. Futbolçular eyni transfer dəyərinə malikdir - 110 milyon avro.

 

1. Cud Bellinqem ("Real", 180 milyon avro);

2. Florian Virts ("Bayer", 110 milyon avro);

3. Camal Musiala ("Bavariya", 110 milyon avro);

4. Deklan Rays ("Arsenal", 110 milyon avro);

5. Rodri ("Mançester Siti", 110 milyon avro);

6. Federiko Valverde ("Real", 100 milyon avro);

7. Martin Edeqor ("Arsenal", 95 milyon avro);

8. Qavi ("Barselona", ​​90 milyon avro);

9. Eduardu Kamavinqa ("Real", 90 milyon avro);

10. Orelyen Tçuameni ("Real", 90 milyon avro).