Miroslav Kubek Çexiya millisinin baş məşqçisi vəzifəsindən ayrılıb. Çexiya Futbol Assosiasiyası 74 yaşlı məşqçi ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırmaq qərarına gəlib. Sport24.az xəbər verir ki, bu barədə yerli assosiasiyanın mətbuat xidməti məlumat yayıb.
Kubek Çexiya milli komandasına 2025-ci ilin dekabrında rəhbərlik edib. Onun rəhbərliyi altında komanda seçmə mərhələnin pley-offunu keçərək DÇ-2026-ya vəsiqə qazanıb. Lakin çexlər turnirdə zəif çıxış ediblər.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində Cənubi Koreyaya (1-2), Meksikaya (0-3) uduzub və Cənubi Afrika ilə heç-heçə edərək sonuncu olub.