Ötən gecə Fransa millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində öz meydanında Ukraynanı 4:0 hesabı ilə məğlub edib. Sport24.az xəbər verir ki, bu qələbə sayəsində Didye Deşamın baş məşqçisi olduğu komanda mundila vəsiqəni təmin edib.
Bununla da Fransa gələn il keçiriləcək dünya çempionatına yollanacaq 29-cu komanda olub.
Qeyd edək ki, Fransa ilə yanaşı, Kanada, Meksika, ABŞ, Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Seneqal, Kot-d'İvuar, Qətər, Səudiyyə Ərəbistanı və İngiltərənin də dünya çempionatında iştirak edəcəyi dəqiqləşib.