"Betis" və Mərakeş millisinin hücumçusu Abde Ezzalzuli Norveçlə yoldaşlıq matçını sona qədər oynaya bilməyib. Sport24.az xəbər verir ki, 24 yaşlı futbolçu ilk hissədə zədələnib. Buna qədər isə o, 8-ci dəqiqədə Brahim Diaza məhsuldar ötürmə edib.
Ezzalzuli "Barselona"nın keçmiş oyunçusudur. O, 2023-cü ildən "Betis"də çıxış edir. Ötən mövsüm hücumçu 43 oyunda meydana çıxıb, 15 qol vurub və 13 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Mərakeş DÇ-2026-da ilk görüşünü iyunun 13-də Braziliyaya qarşı keçirəcək. Afrika təmsilçisi qrupda həmçinin Haiti və Şotlandiya ilə qarşılaşacaq.