Hazırda davam edən dünya çempionatında 1/16 final mərhələsinin daha bir oyunu keçirilib. Sport24.az xəbər verir ki, Meksika millisi Ekvadorla qarşılaşıb.

 

Mexikoda baş tutan görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Meksikalıların heyətində Xulian Kinones (22) və Raul Ximenez (31) fərqlənib.

 

Qeyd edək ki, Meksika 1/8 finalda İngiltərə – Konqo DR cütünün qalibi ilə üz-üzə gələcək.

 

DÇ-2026

1/16 final mərhələsi

Meksika - Ekvador 2:0 (2:0)

Qollar: Xulian Kinones, 22. Raul Ximenez, 31.