Moskva "Spartak"ı Meksika təmsilçisi "Leon"un hücumçusu Federiko Vinası transfer etməkdə maraqlıdır. Sport24.az xəbər verir ki, bu barədə futbol meneceri Timur Lepsaya özünün Telegram kanalında məlumat verib.

 

Onun sözlərinə görə, "qırmızı-ağlar" uruqvaylı millisinin oyunçusu üçün 17 milyon avro ödəməyə hazırdır. Rusiya klubu hücumçunun özünə isə 3 milyon avro maaş təklif edir.

 

Qeyd edək ki, Vinas son iki mövsümü icarə əsasında "Oviedo"da keçirib. 28 yaşlı hücumçu İspaniya klubunda 53 oyunda meydana çııb, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.