İngiltərə Futbol Assosiasiyası (FA) milli komanda DÇ-2026-nın qalibi olacağı halda oyunçulara və məşqçi heyətinə 19 milyon funt sterlinq ödəyəcək. Sport24.az xəbər verir ki, bu barədə "The Guardian" qəzeti məlumat yayıb.
Mənbənin sözlərinə görə, oyunçular 15 milyon funt sterlinq alacaqlar. Ödənişlər oyun vaxtına görə bölünəcək. Tomas Tuxel və onun heyəti müvafiq olaraq 3 və 1 milyon funt sterlinq alacaqlar.
DÇ-2026-nın 2026-cı mükafat fondu DÇ-2022-nin mükafat fondundan ikiqat çoxdur.
Qeyd edək ki, İngiltərə yığması 1/4 final mərhələsində Norveçlə qarşılaşacaq. Oyun iyulun 12-də keçiriləcək.