"Araz-Naxçıvan" 2026-2027-ci illər mövsümünə hazırlıq məqsədi ilə bu gün ilk məşqinə çıxıb. Sport24.az xəbər verir ki, komanda Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında məşq edib.

 

Baş məşqçi Cavid Hüseynov yeni transferlərlə bərabər əvəzedici heyətdən də bir neçə futbolçunu hazırlıq prosesinə cəlb edib. İyulun 12-dək gündə bir dəfə məşq keçəcək futbolçular ertəsi gün təlim-məşq toplanışına start verəcək. Dünən cərrahiyyə əməliyyatı olunan İbrahim Piriyev isə 3 həftədən sonra məşqlərdə iştirak edəcək.