"Qalatasaray" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır. Sport24.az xəbər verir ki, "cim-bom" "Bernli"dən Lesli Uqoçukvu ilə anlaşıb.
Bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
"Qalatasaray"ın yaxın zamanda keçidi tamamlayacağı bildirilir.
Uqoçukvu karyerası ərzində "Renn", "Çelsi", "Sauthempton"da da çıxış edib. Onun "Bernli" ilə müqaviləsi 2030-cu ilin yayına kimidir.