Coşqun Diniyev Türkiyə 1-ci Liqasında növbəti oyununa çıxıb. Sport24.az xəbər verir ki, onun formasını geyindiyi "Bandırmaspor" XIX tur çərçivəsində səfərdə "Pendikspor"un qonağı olub. 

 

Oyun 1:1 hesabı ilə yekunlaşıb. Görüşə start heyətdə başlayan Coşqun sona qədər meydanda olub.

 

Qeyd edək ki, "Bandırmaspor" 34 xalla 2-ci pillədə qərarlaşıb və 1 oyun az keçirən lider "Kocaelispor"dan 4 xal geri qalır.