Çempionlar Liqasında pley-off mərhələsinə start verilib. Sport24.az xəbər verir ki, ilk oyun günündə 4 matç keçirilib.

 

Günün mərkəzi qarşılaşması İngiltərədə olub. Erkən final da adlandırılan matçda "Mançester Siti" "Real"ı qəbul edib. Oyun Madrid təmsilçisinin qələbəsi ilə yekunlaşıb.

 

PSJ səfərdə "Brest"i məğlub edib. "Yuventus" PSV-ni, Dortmund "Borussiya"sı isə "Sportinq"i üstələyib.

 

Bu komandalar arasında cavab oyunları fevralın 19-da keçiriləcək.

 

Qeyd edək ki, pley-offun qalibləri 1/8 finalda mübarizə aparacaqlar. 1/8 finalın püşkatma mərasimi isə fevralın 21-də olacaq. Bu mərhələnin ilk matçları 4-5 martda, cavab qarşılaşmaları isə 11-12 martda oynanılacaq.

 

 

"Mançester Siti" (İngiltərə) – "Real" (İspaniya) - 2:3

Qollar: Haaland, 19, 80-pen. - Mbappe, 60, Diaz, 86, Bellinqem, 90+2

"Yuventus" (İtaliya) – PSV (Niderland) - 2:1

Qollar: Makkenni, 34, Mbanqula, 82 - Perişiç, 56

"Sportinq" (Portuqaliya) – "Borussiya" (Dortmund, Almaniya) - 0:3

Qollar: Jurassi, 60, Qrob, 68, Adeyemi, 82

"Brest" (Fransa) – PSJ (Fransa) - 0:3

Qollar: Vitinya, 21-pen; Dembele, 45, 68