UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Sport24.az xəbər verir ki, bu ada PSJ-dən Vitinya, "İnter"dən Denzel Dumfris namizəd olub.
Vitinya "Arsenal"la oyunda bir neçə kritik müdaxilə edib və matçın ən yaxşısı seçilib. Dumfris isə "Barselona"ya qarşı 2 qol, 1 məhsuldar ötürmə ilə oynayıb.
Qalib UEFA-nın saytında keçirilən sorğu nəticəsində müəyyənləşəcək.