"Bayer" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, Leverkuzen təmsilçisi "Herta"da İbrahim Mazanı heyətinə qatıb.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 19 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.

 

"Bayer" Maza üçün 12 milyon avro ödəyib.

 

Futbolçu bu mövsüm "Herta"da 30 oyunda 5 qol vurub, 5 məhsuldar ötürmə edib.