UEFA Çempionlar Liqasında VIII turun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. Sport24.az xəbər verir ki, bu ada "Atletiko"dan Antuan Qrizmann, PSJ-dən Osman Dembele, "İnter"dən Lautaro Martines və "Aston Villa"dan Morqan Rocers namizəd olub.

 

Qalib UEFA-nın saytına keçirilən sorğu nəticəsində müəyyənləşəcək.