Ötən gün Belçika çmpionatında birinci yerin sahibi müəyyənləşib. Sport24.az xəbər verir ki, "Mexelen"lə (2:2) heç-heçə edən "Brügge" mövsümün sonuna bir tur qalmış tarixində 20-ci dəfə çempionluğu bayram edib.

 

Bununla da yeni mövsümdə UEFA Çempionlar Liqasının əsas mərhələsində iştirak edəcək 25-ci komanda müəyyənləşib.

 

Xatırladaq ki, 2024-cü ildən başlayaraq Avropanın ən mötəbər yarışında 36 komanda iştirak edir.

 

Qeyd edək ki, 2026/27 Çempionlar Liqasına vəsiqə qazanan komandalar bunlardır: "Barselona", ​​​​"Bayer", PSV, "Arsenal", "Real", "İnter", "Mançester Siti", PSJ," Borussiya" (Dortmund), "Villarreal", "Porto", "Mançester Yunayted", "Atletiko" (Madrid), "Lans", "RB Leyrsiq", "Qalatasaray", "Feyenoord", "Şaxtyor" (Donetsk), "Betis", "Slaviya" (Praqa), "Aston Villa", "Ştuttqart", "Napoli" və "Lill".