Misli Premyer Liqasının 33-cü turunun ikinci oyun gününə Sumqayıtda yekun vurulacaq. Sport24.az xəbər verir ki, şəhərin eyniadlı komandası mövsümün son turunda "doğma divarlar" arasında "Qarabağ"ı qəbul edir.
Qurban Qurbanovun yetirmələri üçün bu matç formal xarakter daşıyır. Ağdamlılar artıq "gümüş"ü özləri üçün təmin ediblər. "Kimyaçılar"ın isə mövsümü 6-cı pillədə bitirmək şansı var. Bunun üçün meydan sahibləri bu gün qələbə qazanmalı və hesabat turunda "Araz-Naxçıvan"ın məğlub olmalıdır.
Qeyd edək ki, turun digər oyunları sabah və bazar günü keçiriləcək.
Misli Premyer Liqası
III dövrə, XXXIII tur
19:30. "Sumqayıt" - "Qarabağ"
Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Mirnihat Seyidov, Nicat İsmayıllı
VAR: Fərid Hacıyev
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Yavər Rəhimov
Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu.