"İnter" hücumçusu Lautaro Martines may ayı üçün A Seriyasının ən yaxşı oyunçusu seçilib. Sport24.az xəbər verir ki, bu barədə Liqanın rəsmi saytı məlumat yayıb.

 

Argentinalı bu ay meydana çıxdığı dörd oyununda iki qol vurub və iki məhsuldar ötürmə edib.

 

"Neradzurri"nin kapitanı, təxminən bir ay meydandan kənarda qalan əzələ zədəsindən sonra mayın əvvəlində meydana qayıdıb.

 

Qeyd edək ki, "İnter" bu mövsüm dubl edərək Skudetto və İtaliya Kubokunu qazanıb.