Bu gün Misli Premyer Liqasının sonuncu - 33-cü turu çərçivəsində daha iki qarşılaşma baş tutacaq. Sport24.az xəbər verir ki, günün ilk qarşılaşması Masazırda baş tutacaq.
"Turan Tovuz" "Bank Respublika Arena"da "Sabah"ı qəbul edəcək. Əslində bu oyun Tovuzda keçirilməli idi. Sadəcə, Tovuz təmsilçisi stadionunu avrokuboklar üçün təmir etdirdiyinə görə, sonuncu turda Masazırda nominal meydan sahibləri kimi çıxış edəcəklər.
Qeyd edək ki, "Sabah" cari mövsümdə dubl edərək həm ölkə çempionu olub, həm də kuboku baş üzərinə qaldırıb. "Turan Tovuz" isə "bürünc"ə sahib çıxıb.
Misli Premyer Liqası
III dövrə, XXXIII tur
17:00. "Turan Tovuz" - Sabah"
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Orxan İbişov, Emin Əliyev
VAR: Tural Qurbanov
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Azər Əsgərov
Masazır. "Bank Respublika Arena".