Çempionlar Liqasının 2024/25 mövsümündə ilk dəfə qapıçı həftənin ən yaxşısı adına namizəd olub. Sport24.az xəbər verir ki, "Brest"in qolkiperi Marko Bizo 4 iddiaçı arasında yer alan ilk "çərçivə qoruyucusu"du. 

 

O, PSV ilə matçda 4 seyvlə yadda qalıb. 

 

Qeyd edək ki, mükafata digər namizədlər Bukayo Saka ("Arsenal"), Maykl Olisse ("Bavariya") və Antuan Qrizmanndır ("Atletiko").