"Çelsi" Enzo Mareskanı əvəz etmək üçün "Nyukasl"ın baş məşqçisi Eddi Hou ilə danışıq aparıb. Sport24.az xəbər verir ki, hələ ki bu məsələdə konkretlik yoxdur.

 

Lakin "Çelsi" rəsmiləri Hounu komandanın baş məşqçi postuna gətirmək üçün çox çalışır.

 

İngilis mütəxəssis "Çelsi"yə keçərsə, "Nyukasl"da qazanacağından daha çox maaş əldə edəcək.

 

Onun "Nyukasl"la müqavilə müddəti 2021-ci il iyunun 30-na qədərdir. Eddi karyerası ərzində "Bornmut", "Börnli" klublarını çalışdırıb.

 

Xatırladaq ki, "Çelsi" rəhbərliyi Fabio Farioli ilə də danışıqlar aparmışdı.