"Çelsi" İngiltərə Premyer Liqasının XXXII turunda "Mançester Siti"yə uduzub – 0:3. Sport24.az xəbər verir ki, "zadəganlar" çempionatda ardıcıl üç oyundur ki, qol vurmadan məğlub olur.
Bu, klub tarixində XXI əsrin antirekordudur.
"Çelsi" birinci dəfə 1998-ci ildə çempionatda ardıcıl üç matçda qol vurmadan uduzub.
London klubu Premyer Liqada 32 turdan sonra 48 xalla 6-cı sıradadır.