"Çelsi"nin hücumçusu Joao Pedro "Barselona"ya satılmayacaq. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.

 

Ötən gün Kataloniya klubunun braziliyalı futbolçunun agentli ilə əlaqə saxlayaraq 70 milyon avroya transfer təklif etdiyi barədə məlumatlar yayılıb.

 

Mənbənin məlumatına görə, "Çelsi" təklifə şübhə ilə yanaşıb - onlar nəinki hücumçunu İspaniyaya satmaq istəmirlər, həm də Pedronu "toxunulmaz" oyunçularından biri ediblər və London klubu bu yay satışı qəti şəkildə rədd edir. London klubu heyətini zəiflətmək yox, gücləndirmək istəyir.

 

Qeyd edək ki, Pedro bu mövsüm bütün turnirlərdə 48 oyunda meydana çıxıb, 20 qol vurub və doqquz məhsuldar ötürmə edib. Hücumçunun komanda ilə hazırkı müqaviləsi 2033-cü ilin yayına qədərdir. "Transfermarkt" portalı futbolçunun bazar dəyərini 75 milyon avro qiymətləndirir.