"Kristal Pelas"ın hücumçusu Cessi Derri karyerasını "Çelsi"də davam etdirəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano X sosial şəbəkəsində məlumat verib.
Mənbənin sözlərinə görə, tərəflər bu gün Almaniyada tibbi müayinədən keçəcək 18 yaşlı ingilisin transferi ilə bağlı razılığa gəliblər.
Qeyd edək ki, Derri 2024/25 mövsümündə bütün turnirlərdə 20 oyun keçirib, 9 qol vurub və 2 məhsuldar ötürmə edib.