"Trabzonspor"un yarımmüdafiəçisi Ozan Tufan karyerasını Rusiya Premyer Liqasında davam etdirə bilər. Sport24.az xəbər verir ki, "Lokomotiv" türk futbolçunu transfer etmək istəyir.

 

Bu barədə "Sabah" nəşri məlumat yayıb.

 

Moskva klubu Ozan üçün "Trabzonspor"a təklif göndərib. 30 yaşlı orta xətt oyunçusu Rusiyaya yollanmağa isti yanaşır.

 

Qeyd edək ki, "Trabzonspor" Ozan Tufanı ötən ilin yayında "Hall Siti"dən transfer edib. Türkiyə millisinin sabiq üzvü Super Liqa təmsilçisinin heyətində meydana çıxdığı 37 rəsmi matçda 5 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.