Futbol üzrə Bolqarıstan çempionatında 8-ci turun oyunları keçirilir. Sport24.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynovun formasını geyindiyi "Arda" səfərdə "Çerno More Varna"nın qonağı olub. Qarşılaşma 1:1 hesablı bərabərliklə başa çatıb.

 

Cəlal da bu görüşün iştirakçısı olub. 21 yaşlı mərkəz müdafiəçisi 69-cu dəqiqədə meydana daxil olub.

 

8 turdan sonra aktivində 11 xal olan "Arda" turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.