Almaniya Bundesliqasında çıxış edən ən bahalı futbolçuların adları açıqlanıb. Sport24.az  xəbər verir ki, siyahıda yer alan 10 nəfərdən 8-i "Bavariya"nın formasını geyinir.

 

Münhen klubunun forvardları Harri Keyn və Camal Musiala 110 milyon avro ilə ən bahalı futbolçu adını bölüşdürürlər. Onları "Bayer"in yarımmüdafiəçisi Florian Virts izləyir. Liverkuzen təmsilçisinin futbolçusunun dəyəri 100 milyon avrodur.

 

1-2. Harri Keyn ("Bavariya") - 110 milyon avro

1-2. Camal Musiala ("Bavariya") - 110 milyon

3. Florian Virts ("Bayer") - 100 milyon

4. Leroy Sane ("Bavariya") - 80 milyon

5. Coşua Kimmix ("Bavariya") - 75 milyon

6-7. Alfonso Devis ("Bavariya") - 70 milyon

6-7. Xavi Simons ("Leyptsiq") - 70 milyon

8-9. Kinqsli Koman ("Bavariya") - 65 milyon

8-9. Mattiys De Liqt ("Bavariya") - 65 milyon

10. Dayo Upamekano ("Bavariya") - 60 milyon