Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu məlum olub. Sport24.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Həftənin ən yaxşısı adına Dortmund "Borussiya"sının hücumçusu Seru Girassi layiq görülüb.
O, 1/4 finalın "Barselona" ilə cavab oyununda het-trik etməklə komandasının 3-1 hesablı qələbəsində pay sahibi nolub. Ancaq dortmundlular ilk görüşdə 0:4 hesabı ilə uduzduğu üçün mübarizəni dayandırıb.
Qeyd edək ki, Seru mükafat uğrunda səsvermədə Deklan Rays ("Arsenal"), Lautaro Martines ("İnter") və Usman Dembeleni (PSJ) qabaqlayıb.