"Beşiktaş"da ayrılıq yaşanıb. Sport24.az xəbər verir ki, klub baş məşqçi Sergen Yalçınla yollarını ayırıb.
Buna səbəb komandanın mövsümü uğursuz başa vurması olub.
"Ağ-qaralar" Super Liqada sezonu 60 xalla 4-cü pillədə bitirib. Türkiyə Kubokunda isə "qara qartal" mübarizəni erkən dayandırıb.
Yalçının rəhbərliyi altında komanda "Qalatasaray", "Fənərbaxça" və "Trabzonspor"a qarşı keçirdiyi matçlarda qələbə qazana bilməyib.