"Beşiktaş" heyətini braziliyalı futbolçu ilə gücləndirməyi planlaşdırır. Sport24.az xəbər verir ki, "qara qartallar" "Konyaspor"un hücumçusu Pedrinyo ilə yaxından maraqlanır.

 

İstanbul təmsilçisi bu ay transferini reallaşdırmaq istəyir. Braziliyalının "Konyaspor"la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir.

 

O, hazırkı komandasında 32 matçda 4 qol vurub, 4 asist edib. Pedrinyo "Tiqres de Brazil", "Volta Redonda", "Srisuma", ÇSKA(Sofiya) klublarında oynayıb.