"Bavariya" "Hoffenhaym"ın hücumçusu Fisnik Asllani ilə maraqlanır. Sport24.az xəbər verir ki, Asslaninin hazırkı klubu transferdən 30 milyon avro gəlir əldə etmək istəyir.
Bu mövsüm bütün yarışlar daxil olmaqla, 17 matçda meydana çıxan forvard, 7 qol vurub və 3 asistlə yadda qalıb.
Onun müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.
Kosovo millisinin üzvü "Hoffenhaym"dan savayı, "Austria"(Vyana) və "Elversberq" klublarında da oynayıb.