Madrid "Atletiko"sunun hücumçusu Julian Alvares karyerasını başqa klubda davam etdirə bilər. Sport 24.az xəbər verir ki, bu barədə "Fichajes" məlumat yayıb.
Mənbənin szlərinə görə, 25 yaşlı argentinalı ilə "Liverpul" və "Barselona" maraqlanır. Futbolçu gələn yay Madrid klubundan ayrılmağı düşünür.
Qeyd edək ki, Alvares 2024-cü ilin yayından "Atletiko"da çıxış edir. O, klubda 62 matçda 30 qol vurub, 9 məhsuldar ötürmə edib.