Məşhur "Transfermarkt" portalının qiymətləndirməsindən sonra "Barselona"nın yarımmüdafiəçisi Lamin Yamal futbol tarixinin ən bahalı gənc oyunçusu olub. Sport24.az portala istinadən məlumatına görə, 17 yaşlı yarımmüdafiəçi 150 milyon avro dəyərində qiymətləndirilir.

 

Buna qədər rekord İspaniyanın digər klubu "Real"ın futbolçusu Kilian Mbappeyə məxsus idi. O, Fransa təmsilçisi PSJ-də çıxış edərkən 18 yaşında 90 milyon avroya qiymətləndirlirdi. "Barselona"nın üzvü isə bu rekordu 17 yaşında qırıb və ən bahalı gənc futbolçu statusunu qazanıb.

 

Qeyd edək ki, Lamin Yamal bu mövsüm "Barselona"nın heyətində meydana çıxdığı 11 oyunda 5 qol vurub və eyni sayda məhsuldar ötürmə edib.