Niderland millisinin sabiq üzvü Kevin Strotman karyerasını bitirib. Sport24.az xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesabındakı paylaşımında bu barədə məlumat yayıb: "Karyeram başa çatır. Təşəkkür edirəm, futbol!"

 

Qeyd edək ki, daha çox Niderland millisi və "Roma"dakı oyunları ilə tanınan Strotman PSV, Rotterdam "Sparta"sı, "Cenoa" və "Marsel"də də çıxış edib. O, Niderland millisində (2011-2019) 46 oyun keçirib, 3 qol vurub və 4 məhsuldar ötürmə edib.