Ölkəmizin aparıcı mühafizə xidməti şirkəti olan GESCO "Neftçi"nin 2024/25-ci illər mövsümü üçün mühafizə xidmətləri sponsoru olacaq. Sport24.az xəbər verir ki, bir mövsümlük razılaşmaya əsasən, GESCO klubun stadionunda və təlim-məşq bazasında təhlükəsizlik xidmətlərini təmin edəcək.

 

GESCO geniş təcrübəsi, yerli və beynəlxalq standartlara cavab verən xidmət keyfiyyəti ilə "Neftçi"nin təhlükəsizlik ehtiyaclarını qarşılayacaq. Əməkdaşlıq hər iki tərəf üçün xeyirli olsun.