İspaniya milli komandası DÇ-2026-nın seçmə mərhələsinin Bolqarıstanla matçına ciddi itki ilə çıxacaq. Sport24.az xəbər verir ki, "Barselona"nın hücumçusu Ferran Torres sıradan çıxıb.

 

Bu barədə yerli federasiyanın mətbuat xidməti məlumat yayıb.

 

25 yaşlı forvardın əzələsində yüklənmə aşkarlanıb. O, klubunun düşərgəsinə qayıdıb.

 

Qeyd edək ki, İspaniya - Bolqarıstan qarşılaşması sabah Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.