"Fransa ilə oyundan sonra məni narahat edən amil Ukrayna ilə oyunun 3 gün sonra olmasıdır". Bu sözləri Sport24.az-a açıqlamasında Füzuli Məmmədov deyib.

Təcrübəli mütəxəssis yığmamızın DÇ-2026-nın seçmə mərhələsində Ukraynaya qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:

"Əvvəllər matçlar arasında fasilə 4 gün olurdu. Bu aralıqda komanda bərpa ola bilirdi. 3 günə isə azdır, futbolçularda yorğunluq qalır. Fransa ilə oyunda futbolçular çox güc sərf ediblər. Ukrayna ilə matça qədər bərpa çox önəmlidir. Ukraynaya qələbə çox lazımdır. İnanıram ki, yığmamızın futbolçuları Fransa ilə qarşılaşmada olduğu kimi kompakt, əzmkar mübarizə aparacaqlar. Yenə oyunumuzu müdafiədən qurub, əks-hücumlarda kəsərli olmalıyıq ki, qol vuraq. Səhvlər qaçılmazdır. Düşünürəm bir xal qazanmaq olar. Dediyim kimi çox çətin olacaq. Rəqibi səhvlərə məcbur etsək, qol vurmağı bacaracağıq".

Qeyd edək ki, Ukrayna - Azərbaycan matçı bu gün, Bakı vaxtı ilə saat 22:45-də Polşanın Krakov şəhərində keçiriləcək.