"Barselona"nın müdafiəçisi Andreas Kristensen karyerasını İtaliyada davam etdirə bilər. Sport24.az xəbər verir ki, 29 yaşlı müdafiəçi "Latsio"ya keçmək niyyətindədir.

 

Danimarka millisinin üzvünün "Barsa" ilə müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. Kristensen "Çelsi", "Borussiya"(Münhenqladbax) klublarının formasını geyinib.

 

"Latsio" İtaliya A seriyasında 18 xalla 8-ci pillədədir.