AFFA Gənclər Liqasında çıxış edən "Şamaxı"nı cəzalandırıb. Sport24.az xəbər verir ki, qurumun İntizam Komitəsinin bugünkü iclasında belə qərar qəbul edilib.
Bölgə təmsilçisi "Qarabağ"la matçda limiti pozduğu (əsas heyətdə 5 nəfər 2007-ci il təvəllüdlü futbolçu olmalıdır) üçün texniki məğlubiyyət alıb.
Hesab isə olduğu kimi saxlanılıb.