"Şimal" çempionatın autsayderi olsa da, gənc futbolçularla yaxşı mübarizə aparırlar". Bu sözləri Sport24.az-a açıqlamasında "Zaqatala"nın futbolçusu İlkin Qırtımov deyib.
Təcrübəli futbolçu Birinci Liqanın 9-cu turunda "Şimal"ı darmadağın etdikləri oyunla bağlı fikirlərini bölüşüb:
"Şimal" liderlər qrupunda qərarlaşan "Səbail" ilə oyunda öz gücünü göstərmişdi. Onlarla oyuna arxayın çıxsaydıq, nəticə bizim üçün ürəkaçan olmayacaqdı. Yaxşı ki, qollarımızı vaxtında vurub, qələbə qazandıq. 9 turdan sonra 16 xalımız var. Təbii ki, bundan artıq ola bilərdi. İndiki vəziyyətə görə qənaətbəxşdir. Qışda bəzi məsələlər yoluna düşsə, komanda 1-ci və ya 2-ci pillə uğrunda mübarizə apara bilər".
Qeyd edək ki, 9 turdan sonra aktivində 16 xal olan "Zaqatala" 4-ci pillədə qərarlaşıb.