"Mançester Siti"nin hücumçusu Erlinq Haaland karyerasını "Barselona"da davam etdirə bilər. Sport24.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.

 

Kataloniyalılar 23 yaşlı norveçli forvardın xidmətində maraqlıdı. "Barselona" 2025-ci ilə qədər maliyyə problemlərini həll etmək niyyətindədir ki, bu da onlara Haalandın alınmasına əhəmiyyətli vəsait xərcləməsinə imkan verəcək. Hücumçunun "Mançester Siti"ni tərk etməsi həm də, İngiltərə klubunun maliyyə feyr-pley qaydalarını pozduğuna görə sanksiyalardan qaçmasına kömək edə bilər.

 

Forvardın özü də, Kilian Mbappenin "Real"a mümkün transferindən sonra "Barselona"ya keçməyə etiraz etməyəcəyini söyləyib.

 

Qeyd edək ki, Haaland bu mövsüm 34 oyun keçirib, 29 qol vurub və 6 məhsuldar ötürmə edib.