Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda "Borussiya"ya uduzan "Barselona" 2025-ci ildə ilk məğlubiyyətini yaşayıb. Sport24.az xəbər verir ki, "Siqnal İduna Park"da keçirilən matç almanların 3:1 hesablı qələbəsiylə başa çatıb.
"Barselona" buna qədər cari ildə 20 qələbə qazanıb, 4 heç-heçə etmişdi.
Kataloniya klubu "Borussiya"nı ilk oyunda 4:0 hesabıyla məğlub edib və ümumi hesabda 5:3 öndə olduğu üçün yarımfinala yüksəlib.