"Barselona" 17 yaşlı mərkəz müdafiəçisi Pau Kubarsi ilə tezliklə yeni müqavilə ilə bağlı razılığa gəlmək istəyir.

Sport24.az xəbər verir ki, tərəflər tez bir zamanda razılaşma əldə etmək ümidi ilə danışıqlar aparır. Kubarsi uzun illər "Barselona"da oynamağa davam etmək istəyir. Ola bilər ki, tərəflər bu mövsümün sonuna qədər razılığa gəlsinlər.

İspaniyalı futbolçu "Barselona"nın əsas müdafiəçilərindən biridir O, mütəmadi olaraq mətbuat konfranslarında futbolçunu tərifləyən baş məşqçi Xavinin etimadını qazanıb.